Bakı Yunus Əmrə İnstitutunun direktoru Səlcuq Karaklınc Bakı Avrasiya Universitetinin qonağı olub.
“Qafqazinfo” xəbər verir ki, görüşdə BAAU-nun Ümumi filologiya kaferasının əməkdaşları, eyni zamandaTürk dili və ədəbiyyatı ixtisasının I kurs tələbələri iştirak edib.
Daha sonra tələbələrin iştirakı ilə istiqlal şairi Mehmet Akif Ersoyun xatirəsi anılıb, şairin “İstiqlal Marşı” oxunub. Daha sonra Türkiyə universitetləri ilə əlaqələrin əhəmiyyəti və mümkün əməkdaşlıq imkanlarından danışılıb.
Görüşdə hər iki tərəfin maraqlı təklifləri və bir sıra layihələr müzakirə mövzusu olunub. Ziyarəti sırasında göstərdikləri doğma və isti münasibətə görə universitet rəhbərliyinə öz təşəkkürünü bildirən Səlcuq Karakılınc tələbələrə Yunus Əmrə İnstitunun hədiyyələrini təqdim edib.