Bakıda ən ucuz taksi şirkəti hansıdır? – Qiymətlər

Sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən taksi şirkətlərinin qiymətlərində ciddi artım müşahidə olunması barədə məlumat paylaşılır.

Müstəqil Az bildirir ki, məsələylə bağlı Axar.az taksi şirkətləri arasında 7 ay ərzində dəyişən qiymətlərlər barədə araşdırma aparıb.
Ötən ilin noyabrında şirkətlərin metronun “Elmlər Akademiyası” stansiyasından “Nəriman Nərimanov” stansiyasına qədər olan məsafəyə təyin etdikləri qiymətlərlə hazırkı qiymətlərin fərqi aşağıdakı kimidir:

1. “Salam taksi” (*9933) – 3.48 manat (ötən ilin noyabrında 3,17 manat)

2. “Ulduz taksi” (*5000) – 4.30 manat (ötən ilin noyabrında 3.83 manat)

3. “Uber X” – 3.77 manat (ötən ilin noyabrında 3.87 manat)

4. “Bonus taksi” (*8111) – 4.20 manat (ötən ilin noyabrında 4.10 manat)

5. “Ailə taksi” (*8555) – 4.60 (ötən ilin noyabrında 4.20 manat)

6. “Taksi 24” (*2424) – 5 manat (ötən ilin noyabrında 4 manat)

Qeyd edək ki, uzaq məsafələrdə qiymət artımı özünü daha qabarıq göstərir.

Nərmin Əkbərli

Share: