Bakıda 18 yaşlı qız özünü binadan atmaq istədi

Bakıda 18 yaşlı qız özünü binadan atmaq istədi

Bakıda 18 yaşlı qız intihara cəhd edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə ötən gecə paytaxtın Nizami rayonunda baş verib. 2004-cü il təvəllüdlü E. Q. binanın 6-cı mərtəbəsinin eyvanına çıxaraq intihara cəhd edib. Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqanlarının əməkdaşlarının köməkliyi ilə intihar cəhdinin qarşısı alınıb və 18 yaşlı qız polis bölməsinə aparılıb.

İlkin araşdırmalar zamanı o bildirib ki, 8 yaşından atası tərəfindən seksual xarakterli zorakılıq əməllərinə məruz qalır və bu səbəbdən həyatına son qoymaq istəyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Nizam Rza


Share: