Bakıda Mərkəzi Bankın 250 milyonluq hərracı keçirilib…

Bakı Fond Birjasında Mərkəzi Bankının  250 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Müstəqil.Az  BFB-yə istinadən xəbər verir ki, hərrac zamanı 17 investor tərəfindən qiyməti 99.3812 AZN (8.01 faiz) olan 22 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 718 947 900,00 AZN olub

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01 faiz) müəyyənləşdirilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 000 000 AZN təşkil edib.

Notlar mayın 16-da ödəniləcək.

Share: