Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında cərrahiyyə əməliyyatı zamanı ölüm hadisəsi baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, paytaxt sakini, 1989-cu il təvəllüdlü Sənan Yaşar oğlu Abdullayev xəstəxanada əməliyyat zamanı qəfil vəfat edib.
Onun konkret hansı səbəbdən əməliyyat stolunda dünyasını dəyişməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.