Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 60 kv m olan 2 otaqlı mənzildə 1 ədəd çarpayı və 2 ədəd televizor yanıb.
Müstəqil.az FHN-in saytına istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1964-cü il təvəllüdlü Seyidov Slavik Seyid oğlunun qismən yanmış meyiti aşkarlanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.