Bakıda bazarın mənzil tələbatı ödəniləcək.
-nın xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd edilib ki, Baş Planda həm ümumi (ictimai məqsədlər üçün) sahə, həm də özəl sahə üzrə torpaq inkişaf parametrləri müəyyən edilir. Sahəsi bir hektardan çox olan bütün inkişaf (yaşayış) əraziləri üçün ümumi ərazinin 60%-ə qədəri özəl məqsədlər üçün, qalan hissəsi isə ümumi ictimai məqsədlər üçün olan torpaqlar kimi bölünür. Ümumi ictimai məqsədlər üçün olan torpaqlar aşağıdakıların təmin edilməsi üçün nəzərdə tutulur: yollar və ictimai nəqliyyat, ictimai xidmətlər, yaşıllıqlar və açıq məkanlar.
Məqsəd, “sabahın şəhəri”nin tələblərinə cavab verən müxtəlif şəhər qarışığı olan inteqrasiya olunmuş, kompakt yaşayış sahələri yaratmaqdır. Bu vasitələrdən birisi 2040-cı ilə qədər adam başına düşən ümumi mənzil sahəsi 20,8 m2-dən 25 m2-ə qədər artırmaqdır. Bundan əlavə, Baş Planın əsas məqsədi bazarın mənzil tələbatını ödəmək və münasib evləri insanlar üçün daha əlçatan etməkdir.
Baş plan çərçivəsində müəyyən edilmiş yaşayış əraziləri gələcək tələbatın ödənilməsi baxımından kifayət edir. Lakin Bakı şəhərinin Baş Planı kimi strateji sənədin vəzifəsi eyni zamanda uzunmüddətli inkişaf perspektivi üçün, yəni planın hesabı dövründən sonrakı dövrlər üçün gözlənilən mənzil tələbatının ödənilməsinin nəzərə alınmasıdır. Bakı şəhərində uzunmüddətli perspektiv üçün kifayət qədər inkişaf çevikliyini və imkanlarını təmin etmək məqsədilə Baş Plan çərçivəsində 2040-cı ildən sonrakı dövrdə yaranacaq tələbatı ödəmək üçün əlavə yaşayış əraziləri müəyyən edilib.