Bakının Səbail rayonu ərazisində yol qəzası qeydə alınıb.
xəbər verir ki, yol qəzası Zərifə Əliyeva küçəsində baş verib.
Belə ki, yüksək sürətlə “BMW” markalı maşını idarə edən sürücü sükana nəzarəti itirib. Avtomobil əvvəlcə yol kənarında olan ağaca çırpılıb. Zərbənin gücündən ağac kökündən çıxaraq yerə düşüb.
Daha sonra “BMW” Muzey Mərkəzinin pilləkanına dəyərək aşıb.
Sürücü bədən xəsarətləri alıb.
Səbail Rayon Polis İdarəsinin əməkdaşları sürücünün sərxoş olduğunu bildirib.
Xəsarət alan sürücüyə təcili tibbi yardım xidmətinin əməkdaşları yerində yardım göstərməyə çalışıb.
Fakt üzrə Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.