Bakıda Avropa səfirliklərinin bayraqları yarıya endirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann tviter hesabında yazıb.
“Həmrəylik nümayiş etdiririk: Bu gün Bakıda yerləşən Avropa səfirliklərinin bayraqları yarıya qədər endirilib. Düşüncələrimiz və dualarımız dağıdıcı zəlzələdən zərərçəkənlərlədir”, – deyə paylaşımda qeyd edilib.