Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Müstəqil.Az -ın məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.
Babək prospektində 1971-ci il təvəllüdlü Orucov Müslüm Hafiz oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona təpə nahiyəsinin əzilmiş yarası və sol qaş nahiyəsinin əzilmiş yarası diaqnozları qoyulub.
Müstəqil.Az