Bakıda bərbərin içdiyi dərman ölümünə səbəb oldu

Bakıda bərbərin içdiyi dərman ölümünə səbəb oldu

Bakının Xəzər rayonunda ölüm hadisəsi baş verib.

APA xəbər verir ki, Binə qəsəbəsində 2001-ci il təvəllüdlü Fuad Binyət oğlu  Dadaşov aqonal vəziyyətdə Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

Məlum olub ki, o xəstəxanaya ölü vəziyyətində gətirilib.

Anası həkimlərə bildirib ki, F.Dadaşov qızdırmaya qarşı dərman atıb.

Ona görə dünyasını dəyişib.

F.Dadaşov Binə qəsəbəsində bərbər kimi fəaliyyət göstərib.

Hazırda ölümün dəqiq səbəbləri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır.

Share: