Bakıda beş ailənin yaşadığı birmərtəbəli evlərdə yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Sabunçu rayonunda ümumi sahəsi 300 kvadratmetr olan bir dam altında tikilən beş ailənin yaşadığı birmərtəbəli evlərdən sahəsi 60 kvadratmetr olan 2 otaqlı evin yanar konstruksiyaları, sahəsi 40 kvadratmetr olan 2 otaqlı evin yanar konstruksiyaları, sahəsi 20 kvadratmetr olan 1 otaqlı evin tavanı 5 kvadratmetr sahədə və dam örtüyü 20 kvadratmetr sahədə yanıb.
Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.