Bakı şəhərinin Xəzər rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 64 m² olan 3 otaqlı mənzilin yataq otağının yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə yanıb.
xəbər verir ki, bu barədə Fövqəladə Hallar nazirliyi məlumat verib.
Yüksək temperaturdan 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.