Xəbərə fotolar və video əlavə edilib.
Nurlan Əli
***
Saat 21:14
Bu gün saat 18:13 radələrində Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanında liftdə baş verən qəza səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
TƏBİB-dən -nın sorğusuna cavab olaraq bildirilib ki, dərhal hadisə yerinə 3 təcili yardım briqadası cəlb olunub.
Hadisə nəticəsində 4 nəfər xəsarət alıb.
Onlardan 2 nəfər böyük (1 kişi cinsli, 1 qadın cinsli olmaqla) və 1 uşaq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 uşaq isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
***
Saat 20:42
Bakıda yaşayış binasında lift qırılıb.
-nın əldə etdiyi məlumata əsasən hadisə Xətai rayonu Gəncə prospektində qeydə alınıb.
İlkin məlumata görə, dörd nəfər xəsarət alıb.