Ötən gün Bakıda bir ailənin altı üzvü zəhərlənib.
Oxu.Az-ın məlumatına görə, hadisə Xəzər rayonunda, Binə sovxozu deyilən ərazidə baş verib.
Ailənin plovdan zəhərləndiyi ehtimal edilir. Zəhərlənən şəxslərin xəstəxanaya yerləşdirildiyi bildirilir.
Hadisə ilə bağlı TƏBİB-dən Oxu.Az-a bildirilib ki, ailə üzvlərinin hər birinə zəruri tibbi yardım göstərilib:
“Ambulator müalicə üçün evə buraxılıblar. Vəziyyətləri qənaətbəxşdir”.
Aysel Aslanqızı