Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Publika.az xəbər verir ki, dünən saat 20:00 radələrində Sabunçu rayonu Heydər Əliyev prospektində (metronun “Koroğlu” stansiyasının qarşısı) “Mercedes” markalı minik avtomobili 18-20 yaşlı oğlanı vurub. Gənc oğlan aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Bildirilib ki, hadisə piyada keçidi olmayan yerdə qeydə alınıb.
Faktla bağlı araşdırmalar aparılır.
Müstəqil.Az