Azərbaycanda həbsxanada 38 yaşlı dustaq vəfat edib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün Qaradağ rayonunda, Puta qəsəbəsində yerləşən 13 saylı Cəzaçəkmə Müəssisəsində baş verib.
Belə ki, 1985-ci il təvəllüdlü Pərviz Məmmədovun qəflətən halı pisləşib. İlkin müdaxilə edilsə də, dustağın həyatını xilas etmək mümkün olmayıb.
Araşdırma aparılır.