Bakıda “Fatimeti-Zəhra” məscidində Qədr gecəsi – FOTOREPORTAJ

Bu gecə Ramazan ayının 19-cu gecəsi idi. Yəni, Qədr gecəsi. İslam dininin müqəddəs kitabı olan “Quran”ın məhz Qədr gecəsində Peyğəmbərə (s) nazil olduğuna inanılır.

Lakin Qədr gecəsinin dəqiq hansı gecə olması mübahisəlidir. Bu səbəbdən Ramazan ayının 19, 21 və 23-cü gecələri Qədr gecəsi kimi qeyd olunur.

Bu gecələrdə səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır.

Bu gecənin müxtəlif əməlləri var ki, onlardan bəzilərini təqdim edirik:

– Səhərə qədər məsciddə ibadət etmək

– 2 rükət Qədr gecəsi namazı qılmaq 

– Quranı açıq halda baş üzərinə qoyub Allah, Peyğəmbər və imamların adlarına Allahı and verib bağışlanma diləmək

– 100 rükət müstəhəb namaz qılmaq. Qəza namazı olanlar yaxşı olar ki, 6 günlük qəza namazı qılsınlar. Bunun savabı həm 100 rükətli namazın savabını ödəyir, həm də 6 günlük qəza namazı qılınmış olur

– İmam Səccadın (ə) Qədr gecəsində oxuduğu duanı oxumaq

– Peyğəmbər və Əhli-beytinə salavat hədiyyə etmək

– Müsəlman aləmində olduğu kimi, Azərbaycanda da insanlar məscidlərə toplaşaraq, səhərə kimi ibadət və dualar ediblər.

Oxu.Az-ın fotoqrafı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Fatimeti-Zəhra” məscidində olub və onların ibadətini lentə alıb.

Fotolar: Ramil Zeynalov

Share: