Bakının Binəqədi rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, yolu keçmək istəyən 2002-ci il təvəllüdlü Bayramov Namət Ceyhun oğlunu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.