Bakıda gənclər sürücülər üçün təhlükə anlar yaşadıblar.
“Qafqazinfo” xəbər verir ki, hadisə Sədərək ticarət mərkəzinin yaxınlığında baş verib.
Belə ki, naməlum şəxslər təpədən magistral yola təkər yuvarladaraq sürücülərin həyatı üçün ciddi təhlükə yaradıblar.
Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.
***
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, polis yayılan görüntülərdən məlumatlıdır. Hazırda araşdırma aparılır:
“Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq”.