Bakıda hərbi orkestrlərin çıxışları olacaq

Faşizm üzərində qələbənin 73-ci ildönümü münasibətilə mayın 9-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, orkestrlər şəhərin müəyyən edilmiş 5 nöqtəsində çıxış edəcək:
– Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında);
– Əhmədli qəsəbəsi Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;
– Zərifə Əliyeva parkında;
– Zabitlər parkında;
– Fəvvarələr meydanında.

Share: