Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən Mont Inn Hoteldə yanğın baş verməsi barədə məlumat daxil olub.
xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ümumi sahəsi 5250 kv.m. olan altımərtəbəli otelin 3-cü mərtəbəsində yerləşən otaqlardan birində baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək hotel binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın üçüncü mərtəbəsində bir otağın yanar konstruksiyaları 42 kv.m. sahədə yanıb. Hadisə zamanı FHN qüvvələri tərəfindən hoteldə olan 25 nəfər təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə edilib.
***
07.31
Bakıda tanınmış hoteldə yanğın baş verib.
xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonundakı MONT INN hotelində qeydə alınıb.
Alovlanma hotelinin restoranının yerləşdiyi üçüncü mərtəbədə başlayıb. Yanğın zamanı binada köməksiz vəziyyətdə qalan 2 hotel işçisi xilas edilib. Yanğın söndürülüb. Hadisə ilə əlaqədar Ağa Nematulla küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Restoranda başlayan yanğın hotelin 312 nömrəli otağına keçib. Hadisə yerinə çatan Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və polislər otaqda qalan iki xanımı alovdan xilas edərək çölə çıxarıb.