Bakı şəhərinin Binəqədi rayonunda ikimərtəbəli obyektdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 96 kvadratmetr olan ikimərtəbəli obyektin (1-ci mərtəbəsi geyim mağazası, 2-ci mərtəbəsi fəaliyyət göstərmir) zirzəmisinin giriş hissəsində istifadəyə yararsız əşyalar 2 kvadratmetr sahədə yanıb, yüksək temperaturdan qismən 1 ədəd rəf qarsalanıb.
Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.
Obyekt yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.