Bakıda itkin düşən şəxs psixatrik xəstəxanada tapıldı

Bakıda itkin düşən şəxs psixatrik xəstəxanada tapıldı

 Yanvarın 26-da Səbail rayonu Bayıl qəsəbəsi, A.İsmayılov küçəsində itkin düşən 1988-ci il təvəllüdlü Zamir Hüseynov tapılıb.

“Qafqazinfo” xəbər verir ki, yaşadığı evi tərk etdikdən sonra yoxa çıxan 35 yaşlı şəxsin ixtisaslaşmış psixiatrik xəstəxanada olması məlum olub.

Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları tərəfindən aparılmış axtarış zamanı müəyyən edilib ki, Hüseynov Zamir Vaqif oğlu 1 saylı psixatrik xəstəxanaya yerləşdirilib və hazırda orada müalicə alır.


Share: