Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın olub.
“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 130 m² olan kafenin içərisində 1 ədəd divan və divara quraşdırılan 3 ədəd elektrik sobası yanıb.
Yüksək temperaturdan 1 ədəd kondisionerin üzlüyü əriyib. Kafe yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.