Bakıda kolbasa istehsalında rekord artım – Rəsmi

2017-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhəri üzrə qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 350,6 milyon manat dəyərində məhsul istehsal edilib.

Bakı şəhər Statistika İdarəsindən Teleqraf.com-a bildirilib ki, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə qida məhsullarının istehsalında 3,1 faiz, içki istehsalında 18,4 faiz artım, tütün məmulatlarının istehsalında isə 51,9 faiz azalma müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından kolbasa məmulatlarının istehsalı 76,3 faiz, pendir və kəsmik istehsalı 2,1 dəfə, qablaşdırılmış çay istehsalı 2,2 faiz, şirin peçenye istehsalı 2,4 dəfə, insanın qidalanması üçün yararlı olan duz istehsalı 7,3 faiz, pivə istehsalı 2,5 dəfə, alkoqolsuz içkilərin istehsalı 7,1 faiz artıb.

 

Müstəqil.Az

Share: