Bakıda komissarların əvəzinə Azərbaycanı xilas etməyə gələn türk əsgərlərinin meyitləri dəfn edilib – Alimdən AÇIQLAMA

Bakıda komissarların əvəzinə Azərbaycanı xilas etməyə gələn türk əsgərlərinin meyitləri dəfn edilib – Alimdən AÇIQLAMA

Müstəqil.Az dosent Zaur Əliyevin hər kəsdə maraq doğuracaq, həqiqt dolu fikirlərini yayınlayır

Uzun zamandır 26 Bakı Komissarının Ağcaqum çölündə öldürülməsi ilə bağlı arxivləri axtarırdım. Sahil bağında dəfn edilmiş komissarların 23 nəfərinin qəbirlərin köçürülməsi zamanı tapılması və Stepan Şaumyanla birlikdə daha iki erməninin meyidinin tapılmamasından sonra bu işin araşdırılmasına başladım.

Maraqlı faktlar, o dövrə aid teleqramlar, mətbuatda gedən yazıları, arxiv sənədlərini toplamağa başladım və əldə etdim. Bu barədə geniş yazı Hindistanın Mədrəs və Kəlküttə şəhər rəhbərliyinə yazdığım məktuba cavab olandan sonra olacaq. Çünki Şaumyanın bu iki şəhərdən birində üç mərtəbəli evi olub, orda da dəfn edilib. Tam olmasa da bir neçə məqamı sizinlə bölüşürəm..
1) Əslində o zaman 27 Bakı komissarı olub
2) Dəfn edilən komissarların hamısının başı üstündə olub. Amma rəsmi sənədlərdə göstərilir ki, onlar güllələnib və başları kəsilib.
3) Şaumyan Əfqanıstan vətəndaşı pasportu ilə Hindistanda yaşayıb və onun buradan Azərbaycana iki dəfə gəlməsi barədə faktlar var. Bir dəfə öz heykəlinin açılışı zamanı, ikinci səfər uydurdma erməni soyqırımının anım mərasimi zamanı
4) Sənədlərə görə əslində komissarlar öldürülməyib, onlar Yaxın və Uzaq Şərq ölkələrində yaşayıblar, Bakıya meyidi göndərilən cəmi iki komissar olub ki, onlar Əzizbəyov və Vəzirovun meyidləri idi və qalanların əvəzinə Bakını xilas etməyə gələn türk əsgərlərinin meyidləri dəfn edilib.
5) Şaumyanın imzası ilə Gürcüstana, Ermənistana və Bakıya çoxlu məktublar və teleqramlar gəlib
6) Rusiyanın bu hadisəni araşdıran eksperti 1923- ildə yazdığı hesabatında komissarların yaşadığını qeyd edib
7) 80 milyon dəyərində qızıl pulları Şaumyan Bakıdan ingilislərin və Vatikandan gələn erməni missionerin vasitəsilə çıxardıb
8) Leninə təqdim edilən komissarların siyahısında Şaumyanın adı olmayıb
 və bu kimi çox faktlar.
Sadəcə rəsm və sənədi gözləyirəm, Şaumyanın Mədrəsdə yaxud Kəlküttədəki evinin fotosu və məzarının şəklini.
Dosent Zaur Əliyev
Share: