Bakıda uşaq baxçasında nöqsan aşkarlanıb.
Müstəqil.Az xəbər verir ki, Nəsimi rayonu ərazisində yerləşən “Bizim Bala Körpələr Evi – Uşaq Baxçası”nda yoxlama keçirilib. Nəticədə müəssisədə yanğın təhlükəsizliyinə düzgün riayət olunmadığı məlum olub.
Bununla əlaqədar körpələr evinin məxsus olduğu MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə) maddəsilə inztibati protokol tərtib olunub. Protokol baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.
Maddəyə əsasən, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Müstəqil.Az