Bakıda kütləvi dava: 2 nəfər bıçaqlandı

Bakıda kütləvi dava olub.

Report xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, Ramana qəsəbəsi, “Südçülük Sovxozu” kimi tanınan ərazidə 5 nəfər arasında dava olub. Nəticədə 1972-ci il təvəllüdlü Nəcəfov Müşviq Tofiq oğlu və 1972-ci il təvəllüdlü Kərimov Hidayət Səlim oğlu bıçaqlanıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

M.Nəcəfovun vəziyyəti ağır olduğundan o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Müstəqil.Az

Share: