Bakıda mənzildə meyit aşkarlanıb.
MÜSTƏQİL.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, paytaxtın Suraxanı rayonu ərazisində 2 və Yasamal rayonu ərazisində 2 nəfərin liftdə, Nərimanov rayonu ərazisində isə ümumilikdə üç ünvanda 3 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində biri azyaşlı olmaqla 6 nəfər xilas edilib, 1 nəfərin meyiti mənzildə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
MÜSTƏQİL.AZ