Bakıda məşhur hotelin külli miqdarda vergi borcu var: Ödəmələrdən yayınıb

Bakının məşhur hotellərindən sayılan “Excelsior” məhkəməlik olub.

“Qafqazinfo”nun məlumatına görə, hotel barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, protokol tərtib edilib.

Belə ki, “Excelsior”un rəhbərliyi az miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaqda ittiham olunur. İddia təsdiqini taparsa, bu zaman “Excelsior”u inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək məbləğdə cərimə gözləyir.

İşə Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə baxılacaq. Hazırlıq iclası noyabrın 25-nə təyin olunub.

Onu da əlavə edək ki, hazırda “Excelsior”un vergi borcu da var. Bu 75 931 manat təşkil edir.

Qeyd edək ki, hotelin qanuni təmsilçisi Rəhimov Elvin Fazil oğludur.

Share: