Bakıda minik avtomobili piyadanı vurub

Bakıda minik avtomobili piyadanı vurub

Bakıda minik avtomobili piyadanı vurub

Bakıda minik avtomobili yolu keçən piyadanı vurub.

Hadisə 8 noyabr prospektində qeydə alınıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən -nın sorğusuna cavab olaraq bildirilib ki, 18.03.2024-cü il tarixində saat 20:00 radələrində 1956-cı il təvəllüdlü şəxs (qadın cinsli) yol-nəqliyyat hadisəsi səbəbilə Sabunçu Tibb Mərkəzinə təcili tibbi yardım vasitəsilə hospitalizasiya olunub.

Sol topuq oynağının açıq sınığı, sol qolun küt travması, sol baldırın kəsilmiş yarası diaqnozu qoyulan pasiyent dərhal əməliyyat olunub.

Vəziyyəti orta ağır qiymətləndirilən xəstə yaxınlarının istəyi ilə özəl tibb müəssisəsinə təxliyə edilib.

Share: