Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 350 m² olan, bir dam altında tikilən, birmərtəbəli, müxtəlif təyinatlı obyektin (ərzaq mağazası, məktəb ləvazimatları satışı mağazası, meyvə-tərəvəz satışı mağazası, məişət avadanlıqlarının təmiri sexi və aptek kimi fəaliyyət göstərir) dam örtüyünün taxta atmaları 52 m² sahədə yanıb.
-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadın verdiyi xəbərə görə, yüksək temperaturdan sahəsi 40 m² olan meyvə-tərəvəz satışı mağazasının lambirdən ibarət tavanı 6 m² sahədə qarsalanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.