Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, köməkçi yolda anbara daxil olan yük avtomobili texniki nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalıb.
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Nəticədə də Qələbə dairəsi istiqamətində hərəkət məhdudlaşıb və yolda sıxlıq yaranıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib. Hərəkətin bərpa olunması istiqamətində işlər görülür.