Bakıda Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın vəfatının 75-ci ildönümü münasibətilə tədbir keçirilib.
xəbər verir ki, tədbirdə TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, təşkilatın və səfirliyin digər vəzifəli şəxs və nümayəndələri, eləcə də deputatlar, elmi-mədəni ictimaiyyət, media mənsubları iştirak edib.
Tədbiri giriş sözü ilə açan TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er Nuru Paşanın Bakını işğaldan azad etməsi faktına toxunaraq Azərbaycan-Türkiyə münasibətlərinin sağlam bağlara sahib olmasına diqqət çəkib.
Baş katibin çıxışının ardından Nuru Paşa haqqında qısa videoçarx nümayiş olunub.
Videoçarxdan sonra qonaqlar Nuru Paşa, Bakının işğaldan azad edilməsi, eləcə də Türkiyə-Azərbaycan qardaşlıq münasibətləri motivində çıxışlar ediblər.
Tədbir müzakirələrlə davam etdirilib.