Bakıda “On milyon” adlı fleşmob keçirildi – FOTO

Heydər Əliyev Mərkəzinin qarşısında Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “On milyon” adlı fleşmob keçirilib.

Müstəqil.Az-ın məlumatına görə, 200-dən artıq gəncin iştirak etdiyi fleşmob Azərbaycan Respublikasının on milyonuncu vətəndaşının anadan olması münasibəti ilə təşkil olunub.

Fleşmob gənclərin, Mərkəz ətrafında istirahət edən sakinlərin, turistlərin böyük marağına səbəb olub.

Share: