Bakıda övladı qaçırılan qadın bölmədən qovulub?

Bakıda övladı qaçırılan qadın bölmədən qovulub?

Bakıda uşağın öz atası tərəfindən qaçırılması ilə bağlı məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı vəkil Zibeydə Sadıqova məlumat paylaşıb.

Vəkilin sözlərinə görə, hadisə Binəqədi rayonu ərazisində baş verib: “Ana E.Əhmədova 7-ci Polis Bölməsinə gedib və uşağının öz atası tərəfindən qaçırıldığından şikayət etmək istəyib. 7-ci PB-nin əməkdaşları nəinki E.Əhmədovanın şikayətini qeydə almayıb, hətta qadını bölmədən zorla çıxarıblar”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumun Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”nun müraciətinə cavab olaraq bildirib ki, baş vermiş faktla bağlı araşdırma aparılır: “Hazırda daxil olmuş məlumat əsasında araşdırma aparılır. Bu, ailədaxili məsələdir. Prosessual qanunvericiliyin tələblərinə görə tərəflərin hüquqları təmin olunacaq”.

Nizam Rza


Share: