Ə. Nəvai adına Özbəkistan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi Bakıda qastrol səfərindədir .
Kulis.az xəbər verir ki, səfər çərçivəsində Daşkənd Teatrının sənətçiləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində özbək bəstəkarı Ənvər Erqaşovun “Xumo” baletini təqdim edib.
Premyerası 2005-ci ildə baş tutan bu tamaşaya görə bəstəkar Ə.Erqaşov 2007-ci ildə Özbəkistanın I dərəcəli Dövlət mükafatına layiq görülmüşdür. Özbək milli baletinin ən dəyərli nümunələrindən biri olan bu tamaşada Xeyirlə Şərin mübarizəsi və sonda Xeyirin Şər qüvvələr üzərində qələbəsindən bəhs olunur. Sehirli quş – Xumo isə Xeyirxahlıq və Ədalət simvolu kimi bu mübarizəyə yardımçı olur.
Qeyd edək ki, Özbəkistanlı opera ustaları görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin “Ruqoletto” operasının tamaşası ilə də çıxış edəcəklər.