Bakının Nəsimi rayonunda intiharın qarşısı alınıb.
xəbər verir ki, hadisə Yeganə şadlıq sarayının yaxınlığındakı körpüdə qeydə alınıb.
Təxminən 25-30 yaşlı oğlan üzərinə yandırıcı maddə tökərək özünü körpüdən aşağı atmaq istəyib. Ərazidə xidmət aparan Çevik Polis Alayının əməkdaşları və Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis idarəsinin əməkdaşının çevik müdaxiləsi ilə sözügedən şəxs ölümdən xilas edilib.
Polis əməkdaşları onu dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hazırda həkimlər həmin şəxsi müayinə edir.
Faktla bağlı araşdırma aparılır.