Bakıda qəbiristanlığı su və qamış basıb – VİDEO

Bakıda qəbiristanlığı su və qamış basıb – VİDEO

Sabunçu rayonunun Maştağa qəsəbəsindəki “Məmmədbağır” deyilən qəbiristanlıq baxımsız vəziyyətdədir.

Burada qəbirlər suyun və qamışların altında qalıb. Həmçinin məzarlığın girişində zibillik də yaranıb.

Xəzərxəbər.az xəbər verir ki, Maştağa qəsəbəsinin ən böyük məzarlıqlarından biri olan Məmmədbağır qəbiristanlığının tarixi 18-ci əsrə gedib çıxır.

Sakinlər deyirlər ki, 10 ildən çox müddətdə ətrafda qamışlıq var idi, ancaq son zamanlar qəbirlərin olduğu ərazini də əhatə edib.

Maştağa sakini Ataməli Nəbiyev deyir ki, gəlib qəbirlərə uzaqdan baxmaqdan başqa çarəsi yoxdur. Çünki bataqlıq, qamışlıqla yanaşı, burada çoxlu ilanlar da olur.

Maştağa bələdiyyəsinin sədr müavini Ağanəcəf Qədirov isə bildirir ki, qəbiristanlıq həmin ərazidən təxminən 8 metr aşağıda yerləşir. Ərazidə qrunt sularının səviyyəsi də yüksəkdir. Hər il qamışlıq biçilsə də, eyni vəziyyət yaranır.

Sədr müavini söz verib ki, sentyabr ayınadək bu probelmi həll edəcəklər.

 

Share: