Bakıda qəza törədən xanım sürücü huşunu itirib

Bakıda qəza törədən xanım sürücü huşunu itirib

Bakıda qəza törədən xanım sürücü huşunu itirib

Bakının Yasamal rayonunda xanım sürücü qəza törədib.

xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə ilə Əsəd Əhmədov küçələrinin kəsişməsində qeydə alınıb.

Qadın sürücü “ KIA” markalı avtomobillə hərəkətdə olan zaman sükana nəzarəti itirib.

Nəticədə avtomobil yolayırıcındakı beton arakəsməyə çırpılıb.

Avtoqəza zamanı xanım huşunu itirib.

Sürücü əraziyə çağırılan təcili tibbi yardım briqadası ilə xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı yolda sıxlıq yaranıb.

Qəzaya uğramış nəqliyyat vasitəsi evakuator vasitəsilə cərimə meydançasına yerləşdirilib.

Faktı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Share: