Bakıda qadını avtomobil vurub

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

xəbər verir ki, avtoqəza Zabrat şossesində baş verib.

Yolu keçən 1975-ci il təvəllüdlü Əmirova Aynur Tərxan qızını minik avtomobili vurub.

Qadın açıq kəllə-beyin travması və sağ ayaq sümüklərinin sınığı diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Səhiyyə ocağından verilən məlumata görə, piyadanın vəziyyəti ağır qiymətləndirilir.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Share: