“Rusiya və Azərbaycan Bakıda birgə universitetin yaradılması üzərində işləyir”.
MÜSTƏQİL AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edərkən deyib.
“Hazırda Bakıda Rusiya-Azərbaycan universitetinin yaradılması təşəbbüsü müzakirə edilir. Azərbaycan Prezidenti bu ideyanı dəstəklədi. Ümid edirəm ki, biz bunu kifayət qədər tez bir zamanda həyata keçirəcəyik”, – deyə Putin qeyd edib.
MÜSTƏQİL AZ