Bakıda Rusiya teatrının qastrolları olacaq

Bakıda Rusiya teatrının qastrolları olacaq

İyulun 1-dən 9-dək “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Peşəkar Milli Teatrının yaradılmasının 150 illiyi münasibətilə Rusiya Federasiyası Primorsk vilayəti Hökumətinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakıda Vladivostokdan Maksim Qorki adına Primorsk Akademik Vilayət Dram Teatrının qastrolları olacaq (Primorsk vilayəti, Rusiya).

Kulis.az xəbər verir ki, bu barədə Rus Dram Teatrının saytında məlumat verilib.

Uzaq Şərqin klassik rus psixoloji teatrının ənənələrini qoruyub saxlayan orijinal və parlaq qocaman akademik teatrı Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram teatrının səhnəsində ilk dəfə olaraq ən gözəl tamaşalarını – “Master və Marqarita” (12+), “Anma duası” (12+), “İvanov” (12+), “Edit və onun şeytanları” (12+), “Nə yardan doyur, nə əldən qoyur,” (12+), “Kreyserlər” (12+) nümayiş etdirəcək.

Biletləri şəhərin kassalarında, eləcə də iticket.az saytında onlayn əldə etmək olar.

Share: