Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
xəbər verir ki, bu barədə DIN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;
2. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
4. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
5. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
6. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
7. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
8. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
9. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;
10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
11. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
12. “20 Yanvar” dairəsində;
13. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.