Bakıda son doqquz ayda 143 nəfər yol qəzalarında ölüb

Bakıda son doqquz ayda 143 nəfər yol qəzalarında ölüb

“Ötən 9 ay ərzində paytaxt ərazisində 337 yol-nəqliyyat hadisəsi qeydə alınıb, 143 nəfər ölüb, 264 nəfər isə yaralanıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib. Onun sözlərinə görə, bu, ötən dövrlə müqayisədə, yəni 2021-ci ilin 9 ayında hadisələrdə 17 fakt, ölümlərdə 2 fakt və xəsarət alanlarda isə 20 fakt azalma deməkdir:

“Ötən 9 ay ərzində paytaxt ərazisində 220 piyadavurma hadisəsi qeydə alınıb, 102 nəfər ölüb, 136 nəfər yaralanıb. İctimai nəqliyyatda 8 hadisə baş verib, 1 nəfər ölüb, 9 nəfər yaralanıb”.


Share: