Bakıda odlu silah satan şəxs tutulub.
“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Pirallahı RPİ-nin Cinayət Axtarış Şöbəsinin keçirdiyi əməliyyatla üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan əvvəllər məhkum olunmuş Samir Əliyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 5 ədəd patron aşkar edilib.
Samir Əliyev odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Faktla bağlı Pirallahı RPİ-də araşdırmalar davam etdirilir.