Bakının Nizami rayonunda yol qəzası zamanı iki nəfər ağır xəsarət alıb.
xəbər verir ki, hadisə Mehdi Abbasov küçəsində baş verib.
Şadlıq sarayından çıxaraq əks tərəfə keçmək istəyən 1969-cu il təvəllüdlü, Heydərov Mirəziz Ramiz oğlu və onun həyat yoldaşı, 1973-cü il təvəllüdlü Heydərova Sevinc Nadir qızını minik avtomobili vurub.
Yaralılar ağır vəziyyətdə özəl xəstəxanların birinə yerləşdirilib.
M.Heydərovun sağ baldır və sol bazu sümüyü sınıb.
S.Heydərovaya qapalı kəllə-beyin travması və qabırğaların sınığı diaqnozu qoyulub.
Fakt üzrə Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.