Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda üç nəfərin bank kartından 1 482 manat oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda 3 nəfərin bank kartlarından ümumilikdə 1 482 manat pulu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Cabir Əsgərov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.