Azərbaycanda bir neçə dövlət qurumu balansında olan bəzi avtomobilləri hərrac yolu ilə satışa çıxardır. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil edilən hərrac avqustun 17-də baş tutacaq.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı aşağıdakı kimidir:
S/N | Balanssaxlayıcı müəssisənin adı | Nəqliyyat vasitəsinin markası | Buraxılış ili | Start qiyməti | 10% beh |
1 | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi | Renault Symbol | 2008 | 3500 | 350 |
2 | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi | Renault Symbol | 2008 | 3500 | 350 |
3 | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi | Qaz 3110-121 | 2003 | 2500 | 250 |
4 | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi | Qaz 3110-101 | 2003 | 2500 | 250 |
5 | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi | Vaz 21070 | 2006 | 3250 | 325 |
6 | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi | Volkswagen Passat | 2007 | 3000 | 300 |
7 | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi | Qaz 3110-121 | 2003 | 2500 | 250 |
8 | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi | Volkswagen Passat | 2009 | 3000 | 300 |
9 | Azərbaycan Respublikası Ali Məhkəməsi | Mercedes Benz E280 | 1999 | 5000 | 500 |
10 | Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu | Toyota Fortuner | 2006 | 10000 | 1000 |
11 | Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu | Mitsubishi Lancer | 2007 | 6000 | 600 |
Qeyd: Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək sənədlər təqdim olunmalıdır.
Müstəqil.Az |